вторник, 17 марта 2015 г.

Çörəyin dəyəri

Tam Çovdar çörəyi: Tam buğda unu ilə çovdar ununun və ya dənələrinin qarışdırılaraq hazırlandığı çörək növüdür. Çəki idarəsində, qan şəkərinin tənzimlənməsində, ürək sağlamlığının qorunması, qəbizliyin qarşısının alınması və bağırsaq sağlamlığının qorunmasında tam buğda çörəyi ilə oxşar təsir göstərir.
yulaf çörəyiYulaf çörəyi: Tam buğda unu ilə yulaf kəpəyinin qarışdırılması ilə hazırlanan yulaf çörəyinin özünə xas ləzzəti kimi özünə xas sağlamlığa faydaları da vardır. Yulafda, digər taxıl məhsullarına nəzərən daha yüksək səviyyədə həllolan lif var. Tərkibindəki beta-glukan adlı həllolan lifin ürək sağlamlığı üzərində müsbət təsirləri olduğu elmi araştırmalarda da sübut edilmişdir. Qan xolesterolunun tənzimlənməsində müsbət təsirlərə malikdir. Bir çox elmi işlərdə, yulaf əzməsi, unu və ya kəpəyinin pis xolesterol olan və ürək sağlamlığını təhdid edən LDL xolesterolunu azaltdığı göstərilmişdir. Bundan başqa 2-ci tip diabet (şəkər) xəstələrində də yemək sonrası qan şəkərinin sürətlə yüksəlməsinə mane olur
tam buğda çörəyiTam Buğda çörəyi : Rəfinə edilməmiş olan buğda unundan ( tam buğda unu ) hazırlanmış olan tam buğda çörəyinin ağ çörəkdən və kəpəkli çörəkdən daha fərqli və sağlam olduğu bilinir. Kəpəkli və ağ çörəkdə olmayan vitaminlər tam buğda çörəyində vardır. Tam buğda çörəyinin sağlamlığa bir çox faydası olduğu elmi işlərdə dəfələrlə göstərilmişdir. Kalorisinin daha az olması və tərkibinə görə həzm sistemində dolğunluq yaradaraq daha uzun bir müddət toxluq hissi təmin etməsi, tam buğda çörəyinin arıqlamaq istəyənlər tərəfindən seçilməsinin səbəbləridir. Tərkibi və sahib olduğu aşağı qlisemik indeks səbəbi ilə tam buğda çörəyi qan şəkərinin daha nizamlı olmasını təmin edir. Bu səbəblə şəkər xəstələrinin dostudur. Tərkibindəki həllolmayan lif ilə qəbizlikdən qoruyan və bağırsaq xərçənginə tutulma riskini azaldan bu çörəyin qan xolesterolu üzərində də müsbət təsir yaratdığı bilinir. Lakin həllolan lif tam buğda ununda yüksək səviyyədə olmadığından bu təsiri yulaf çörəyinə görə daha azdır. Çörək növləri içərisində sağlamlığa müsbət təsiri ən yüksək olanlardandır

1 комментарий:

  1. New Jersey: Casino, Resort and Events Center - TJH
    Get ready 안산 출장안마 to feel the thrills of 안산 출장마사지 live entertainment at the Mohegan 제주도 출장마사지 Sun 목포 출장안마 Casino in Montville, Connecticut. See 삼척 출장샵 today's best-of-the-

    ОтветитьУдалить