вторник, 17 марта 2015 г.

Çörək

Çörək  bizim  xalqların süfrəsində qəbul edilmiş ənənəvi qida məhsuludur. Çörəyin tarixi  bəşəriyyətin yarandığı gündən başlanır. Qazıntılar zamanı Azərbaycanda daşlaşmış buğda növlərinə rast gəlinir.  Azərbaycanda  müxtəlif çörək növləri bişirilir.
Təndir çörəyi
Lavaş
Fətir
Nazik
Qalın
Kətə
Mayasız çörək  cır çörək
Bəyim  çörəyi
Qoz çörəyi  və  s.
    Dünyanın ən qiymətli   çörəyi  İspaniyada “Qızıl kəpəkli  çörəkdir.
 Çörək  dünyada ən geniş yayılmış qida sayılır.
 Müxtəlif ölkələrdə yerli  xalqlar özlərinin milli çörək növlərini bişirirlər.
 Bazeama  - Türkiyə
 Pissa   -   İtalya

Çörək  çox müqəddəs nemətdir.  Onu  qorumaq və ona çox yüksək dəyər vermək lazımdır. Çünki   çörək süfrəyə  qoyulana qədər  onda  çox insan zəhməti var. Yuxa  - Azərbaycan

 Ağ çörək: Süfrəmizdə geniş yer alan və ağ buğda unundan bişirilən çörəkdir. Buğda ununun mayalanması ilə bişirilən ağ çörəyin digər çörəklərdən əsas fərqi, istehsalında rəfinə edilmiş buğda ununun istifadə olunmasıdır. Taxıl məhsulları rəfinə edildikcə tərkibindəki lif və vitaminlər azalır. Ağ çörəyin qlisemik indeksi digər çörəklərinkinə nisbətən daha yüksək olduğu üçün,qan şəkərini daha sürətlə yüksəldir və daha sürətlə aşağı salır. (Qlisemik indeksi nədir? Qlisemik indeks, qida şəkərinin qan dövranına daxil olma sürətidir) Həmçinin, digər çörək növlərinə görə daha qısa müddət toxluq təmin etdiyi bilinir. Digər çörək növlərinə görə daha az seçilməsi sağlamlıq baxımından daha yaxşı olar.

Комментариев нет:

Отправить комментарий